- Mədəniyyət

Eddi Mörfi “Çəhrayı pantera” filminin yeni versiyasında çəkiləcək

Hollivud ulduzu, aktyor Eddi Mörfi “MGM” istehsalı olan “Çəhrayı pantera” filmində baş rolda çəkilmək üçün müqavilə imzalayıb.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, sevilən aktyor adıçəkilən ekran əsərində müfəttiş Jak Kluzo rolunu canlandıracaq.

Filmin rejissoru Jeff Fowler, ssenaristi Chris Bremner, icraçı prodüserləri isə Ryan Halprin, Dan Lean, Jonathan Eirich, və Julie Andrewsdir.

Yeni tammetrajlı bədii filmdə kompüter qrafikasından istifadə olunacaq.

Qeyd edək ki, dünyaşöhrətli aktyor Eddi Mörfi bu yaxınlarda “Netflix” istehsalı olan “You People” və “Coming to America” filmlərinin növbəti bölümünə çəkilib. Aktyor “Beverly Hills cop” filminin növbəti bölümündə məşhur polis Aksel Foli rolunu yenidən canlandırmağı planlaşdırır.