- Cəmiyyət

“El Klasiko”nun qalibi müəyyənləşdi

Bu gün növbəti “El Klasiko” baş tutub.

“Report” xəbər verir ki, “Real” və “Barselona” komandaları Madriddə La Liqanın 32-ci turunda üz-üzə gəliblər.

Əzəli rəqiblərin “Santyaqo Bernabeu” stadionunda gerçəkləşən görüşündə 5 qol vurulub.

“Real”ın heyətində Vinisius (18-ci dəqiqə, penalti), Lukas Vaskes (73) və Cud Bellinqem (90+1) fərqlənib. “Barselona”nın qollarını isə Andreas Kristensen (6) və Fermin Lopes (69) vurub.

İspaniya çempionatının turnir cədvəlinə 81 xalla “Real” başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.