Bir müdrik adam dinləyicilərə bir lətifə danışdı. Hamı qəhqəhə çəkdi.
Bir neçə dəqiqə sonra müdrik yenə eyni lətifəni danışdı. Bu dəfə yalnız bir neçə nəfər gülümsədi.
Müdrik üçüncü dəfə eyni lətifəni söylədi, amma artıq heç kim gülmədi.
Yaşlı ağıllı adam gülümsəyərək dedi: “Eyni lətifəyə həmişə gülə bilməzsiniz … Bəs niyə eyni şeyə dönə-dönə ağlayırsınız?