- Köşə

İmarət CƏLİLQIZI. Naməlum rənglər

İşıq şüası su damlasında sınıb yeddi rəngə boyanır. Hər rəngin də minbir çaları…

Görünən, eşidilən, duyulan hər nə varsa, beyinə çatanda o da işıq şüası kimi parçalanır və hərəsi bir “rəngdə” olan düşüncəyə çevrilir. Sonra hərəsi bir rəngdə olan bu düşüncələrin elə özləri rəngdə olan sözlərlə şəklini çəkirlər. Lakin elə düşüncələr var ki, onların şəklini çəkmək qətiyyən mümkün olmur, çünki  söz “spektrində” o düşüncələrin rəngini göstərə biləcək rənglər yoxdur. Sən içəridə onların rənglərini ən xırda çalarlarınadək apaydın görürsən, amma nə qədər cəhd etsən də, göstərə bilmirsən…

…Düşüncə:

“Qərənfillərə yazığım gəlir…” nə rəngdə görünür bu düşüncə?..  Nə rəngdə görünur-görünsün, o, mənim icərimdə olduğu rəngdə deyil…

 

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova