- Maraqlı, Xəbərlər

Limitsiz suşi yemək üçün adlarını dəyişdirdilər

Tayvanda bir restoranın suşi tanıtımından faydalanmaq üçün onlarla insan adını “somon” olaraq dəyişdirib.

525.az xəbər verir ki, Çindəki bir restoranlar şəbəkəsində başladılan kampaniyaya əsasən, şəxsiyyət vəsiqəsində Çin heroqlifləri ilə “somon” (Gui Yu) adı olan hər kəsə istədikləri qədər suşi yeməyi təklif etdiyi açıqlanıb. Kampaniyada həmin şəxslərin özləri ilə birlikdə beş nəfər dostunu da restorana gətirə biləcəyi bildirilib.

Çinin yerli qəzetinin yazdığına görə, artıq onlarla şəxs 3 dollar ödəyərək adını dəyişib yeni şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib. Hətta sosial şəbəkədəki paylaşımlarında adlarını dəyişdirərək 460 dollar dəyərində suşini pulsuz yeyən iki nəfər, “bir müddət suşi yeyə biləcəyimizi düşünmürük” deyə paylaşım edib.

525.az