- Cəmiyyət, Manşet

NATO-Ukrayna Şurası yaradılacaq

Bu ilin iyul ayında Litvada keçiriləcək NATO sammitində Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Qəzet Avropa və NATO rəsmilərinə istinadən bildirir ki, sammitdə NATO-Ukrayna Şurası adlı yeni bir təşkilatın yaradılması gözlənilir. Bu təşkilat Ukraynanın NATO-ya üzvlük bileti rolunu oynayacaq.

Mənbələr qeyd edib ki, Ukrayna şuranı iclaslara çağırmaq və kömək istəmək hüququna malik olacaq.