- Manşet, Mədəniyyət

Nizami Gəncəvi yaradıcılığı Gürcüstanın ədəbiyyat portalında

Gürcüstanın populyar “İverioni” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar gürcü dilində Tbilisidə işıq üzü görmüş “Leyli və Məcnun” kitabı haqqında məlumata və əsərə yazılmış “Ön söz”ə səhifə ayırıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görmüş kitabı orijinaldan gürcü dilinə, görkəmli gürcü şərqşünası, professor Maqali Todua tərcümə edib. “Ön söz”ün müəllifi professor Xəlil Yusiflidir.