- Cəmiyyət

PKK terrorçuları Türkiyənin sərhəd polis məntəqəsini atəşə tutub

PKK/YPG terror qruplaşması Türkiyənin Öncüpınar sərhəd polis məntəqəsini MLRS-lərlə atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hücum Suriyanın Tel Rıfat bölgəsindən həyata keçirilib: “Zəlzələni fürsət bilən terrorçular bu əmələ əl atdılar. Polis işçiləri arasında itki yoxdur. Terrorçulara adekvat cavab verilib”.