UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşıb.
“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb – 0:0
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf “Şerif” (Moldova) – “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.









