- Manşet, Mədəniyyət

Roberto Benini “Qızıl şir” mükafatına layiq görülüb

Lido adasında Beynəlxalq Venesiya Kinofestivalının 78-ci açılış mərasimi keçirilib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində italiyalı rejissor və aktyor Roberto Benini dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə “Müqəddəs Markın qızıl şiri” mükafatı ilə təltif olunub.

Gecədə Benininin ifa etdiyi səhnələrdən ibarət videoçarx nümayiş olunub, qonaqlar aktyoru alqışlarla qarşılayıb. “Mən emosiya, minnətdarlıq və sevgi hissləri ilə əhatə olunmuşam. Rejissorlar məni öz filmlərinə dəvət edib və bu filmlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb”, – deyə aktyor bildirib.

Roberto Benini peşəkar karyerası boyu 30-dan çox filmdə rol alıb. Çəkildiyi filmlər sırasında Bernardo Bertoluçinin “Ay”, Cim Carmuşun “Kofe və siqaret” və “Qanundan kənar” ekran əsərlərinin adlarını çəkmək olar.