- Cəmiyyət

Rusiya İrandan 1000-dən çox PUA və digər silahlar alıb

“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sayəsində Rusiya Federasiyasında istehsal olunan raketlərin sayı xeyli azalıb”.

Modern.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Rusiya İrandan 1000-dən çox PUA və digər silahlar alıb.

“Bizdə dəqiq məlumat var, onlar bunu bu yaxınlarda ediblər”, – Ukrayna prezidenti vurğulayıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.