- Cəmiyyət

Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb, 2 nəfər ölüb

Mayın 13-də Rusiyanın Braynsk vilayətində “Su-34” qırıcısının qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirib ki, pilot və şturman katapultasiya edə bilməyərək həlak olublar. Qəzanın səbəbi araşdırılır.

Qeyd edək ki, mayın 13-də Brayanskda “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Bəzi mənbələr qırıcı və helikopterin vurulduğuna dair informasiya yayıb. Rusiya rəsmiləri bunu şərh etməyib.