- Cəmiyyət

TDT Türkiyədə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib

“Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələnin səbəb olduğu can və mal itkisini böyük kədər hissi ilə öyrəndik”.

“Report”un Ankara Bürosunun xəbərinə görə, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanbiçek Ömüralıyev özünün tviter səhifəsində yazıb.

“Türk Dövlətləri Təşkilatı olaraq bu çətin günlərdə Türkiyə Respublikası hökumətinin və qardaş türk xalqının yanındayıq” yazan Baş katib həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib:

“Türk xalqının gücü və müqavimətinin bu fəlakətin tezliklə aradan qaldırılmasına kömək edəcəyinə inanırıq”.