- Cəmiyyət

Ərdoğan: “Türkiyədə yeni konstitusiya qəbul olunacaq”

“Türkiyəni milli iradə ilə hazırlamış yeni konstitusiya ilə qovuşdurmaq istəyirik”.

“Report” xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq: “Türkiyənin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq”.

R.T.Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları ehtiva edəcək.