- Cəmiyyət

Ərdoğan: “Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur”

“Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir:

“Biz 561 km mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Yunanıstanda bu çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, onlar (türklər – Red) bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyincə və bizim sizinlə işimiz olmayacaq”.