- Ədəbiyyat, Manşet

21 mart Ümumdünya Poeziya Günüdür

1999-cu ildə UNESCO-nun Baş Konfransının 30-cu sessiyasında hər il martın 21-də Ümumdünya Poeziya Gününün qeyd edilməsi qərara alınıb. İlk Ümumdünya Poeziya Günü UNESCO-nun baş qərargahının yerləşdiyi Parisdə keçirilib.

UNESCO-nun qərarında deyilir: “Poeziya müasir insanın ən kəskin və dərin mənəvi suallarına cavab ola bilər, lakin bunun üçün ona mümkün qədər geniş ictimaiyyətin diqqətini cəlb etmək lazımdır”.

Ehtimal olunur ki, ən qədim şeir-himnlər eramızdan əvvəl 23-cü əsrdə yaradılıb. Şeirlərin müəllifi şairə-kahin En-hedu-anadır. Onun haqqında yalnız Ur şəhərini fəth etmiş Akkad kralı Sarqonun qızı olduğu məlumdur. En-hedu-ana Ay tanrısı Nanna və onun qızı, səhər ulduzu ilahəsi İnanna haqqında yazıb.