- Mədəniyyət

Parisdə azərbaycanlı rəssamın sərgisi açılıb

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb.

“Report”un Fransa bürosu xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir.

“Ağ vəsiqə” adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib.

Sərgi sentyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, Niyaz Nəcəfov son 10 ildə Azərbaycan incəsənətində məşhurlaşan rəssamlardandır. Onun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka, Fransa ilə yanaşı, digər xarici ölkələrdə də nümayiş etdirilib. N.Nəcəfovun əsərləri habelə Azərbaycanın hüdudlarından kənarda bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.