- Mədəniyyət

Milli Kitabxanada Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimatı keçiriləcək

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 21-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” mövzusunda həyata keçirdiyi birgə layihə çərçivəsində son iki ildə nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin (cəmi 40 məcmuə) təqdimatına həsr edilmiş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə realllaşacaq.