- Mədəniyyət

Ağdamda Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçirilib

Ağdamda Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına start verilib.

“Report”un xəbərinə görə, Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilən tədbirin açılış hissəsində çıxış edənlər Azərbaycanın milli musiqisinin və operanın banisi, dahi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından söz açıb, onun Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıblar.

Festivalda Fikrət Əmirov adına xalq çalğı və rəqs ansamblının ifasında musiqi əsərləri səsləndirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən festivalın bağlanış mərasimi sentyabrın 24-də Opera və Mahnı Teatrında baş tutacaq.