- Manşet

ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Tennesi ştatının Kolliervill şəhərində mağazalardan birində baş verən atışma nəticəsində azı 1 nəfər ölüb, daha 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hadisə yerində atəş açan şəxsin meyiti tapılıb. Binanın ərazisi mühasirəyə alınıb.

Bundan əvvəl, CBS telekanalı məktəb yaxınlığında yerləşən mağazada atışmanın baş verdiyini bildirib. Atışma səbəbindən şagirdlərə tədris müəssisəsindən çıxmaq qadağan edilib.