- Mədəniyyət

Xalça Muzeyində növbəti mühazirə keçirilib

Azərbaycan Milli Xalça Muzeyində tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin təqdimatında “Bir eksponatın tarixi” layihəsində muzeyin “Parça, geyim, tikmə” kolleksiyasının ən qədim eksponatı olan XII –XIII əsrlərə aid Xaraba Gilandan tapılan parça fraqmentinin tarixinə dair mühazirə keçirilib.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, B. İbrahimli mühazirədə parça fraqmentinin tarixi, onun üzərindəki yazı və ornamentlər, eləcə də tapıldığı türbə barədə ətraflı məlumat verib.

O, həmçinin müəllifi olduğu 2 kitabı muzeyimizin kitabxanasına hədiyyə edib.