Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 27 sentyabr -Anım Gününə həsr edilmiş onlayn rəsm sərgisi təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əl işlərindən və rəsmlərdən ibarət sərgi sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
Sərgiyə məktəblilər, kitabxananın sosial şəbəkə istifadəçiləri mövzu ilə bağlı rəsmlər göndərib və paylaşılıb.
Qeyd edilib ki, şagirdlərə vətənpərvərlik hissinin aşılanması və vətənə məhəbbət ruhunda tərbiyə edilməsi baxımından belə rəsmlərin rolu böyükdür.
Sərgidəki rəsmləri kitabxananın rəsmi instaqram səhifəsində izləyə bilərsiniz.