Türkiyənin Adıyaman vilayətində Roma dövrünə məxsus və 2 min il əvvəl inşa edilmiş tarixi bulağın ərazisində qədim tikili tapılıb.
AZƏRTAC TRT-yə istinadla xəbər verir ki, Adıyaman Muzey Müdiri Mehmet Alkan bulağın antik Perre şəhərinin su ehtiyacını ödədiyini və karvanların tez -tez gəldiyi bir yer olduğunu bildirib.
Maraqlısı budur ki, 2000 il əvvəl çəkilmiş bulağın suyu hələ də axır və bu gün yerli əhali tərəfindən istifadə olunur.