Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Nizami Gəncəvi İli” çərçivəsində dahi şair və mütəfəkkir, dünya ədəbiyyat xəzinəsinə daxil olan Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar müsabiqə elan edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə böyük şair haqqında şeir, qəzəl, hekayələr və s. təqdim olunur.
Növbəti hekayəni kitabxananın fəxri oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı təqdim edib. “Eşq üstündə bərqərardır bu dünya!” adlı hekayədə böyük şairin uşaqlığı haqqında məlumat verilir, onun müxtəlif elmlərə və dillərə həvəsi açıqlanır. Hekayədə onun “Xəmsə”yə daxil olan poemalarından söhbət açılır. Şairin hikmətli sözləri hekayədə xüsusi yer alır.