Oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında maraqlı tamaşalardan sayılan “Mən öləndə ağlama” tamaşası sənət ocağının kiçik səhnəsində nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, yazıçı Pərvin Nurəliyevanın pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.
Monotamaşada gənc və istedadlı aktrisa Səbinə Məmmədova maraqlı obraz yaradıb.
Qeyd edək ki, tamaşanın premyerası 2019-cu ilin mart ayının 29-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində reallaşıb.