ABŞ Prezidenti Donald Tramp müşavirləri ilə Pentaqon rəhbəri Pit Heqsetin mümkün istefasını müzakirə edir.
“Report” xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Heqsetin vəzifəsində qalıb-qalmamasını müşavirləri ilə müzakirə edir. Lakin onun mümkün əvəzlənməsi ilə bağlı hələ qərar verilməyib.
Telekanalın məlumatına görə, demokratların Konqresin hər iki palatasında nəzarəti ələ keçirməsi Heqsetin vəzifədən uzaqlaşdırılması ilə bağlı cəhdləri intensivləşdirə bilər.









