- Mədəniyyət

Film çəkilişi zamanı operatoru güllələyən Alek Bolduin sərbəst buraxılıb

ABŞ-da film çəkilişləri zamanı təsadüfən atəş açaraq operatorun ölümünə səbəb olmuş məşhur aktyor Alek Bolduin polis tərəfindən sorğu-sualdan sonra sərbəst buraxılıb.

Trend-in məlumatına görə, polis gecə baş verən insidentlə əlaqədar heç kimə ittiham irəli sürməyib.

Qeyd edək ki, A.Bolduin “Pas” filminin çəkilişi zamanı boş güllələrlə doldurulmalı olan silahla atəş açıb operator Qalina Hatçins və rejissor Coel Souzanın yaralanmasına səbəb olub.

Operator xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.