- Manşet, Maraqlı

İlon Maskın sərvəti bir günə 36 mlrd. dollar artıb

Ötən gün “Tesla” şirkətinin rəhbəri İlon Maskın xalis sərvəti 36,2 mlrd. ABŞ dolları artaraq rekord səviyyəyə – 289 mlrd. dollara çatıb.

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Maskın sərvətinin kəskin artımı “Hertz Global Holdings” avtomobillərin icarəsi şirkətinin “Tesla”dan 100 min elektromobil sifariş etməsi xəbərindən sonra “Tesla”nın səhmlərinin bahalaşmasının ardınca baş verib. Xatırladaq ki, sözügedən sifarişdən sonra “Tesla”nın səhmlərinin dəyəri sürətlər artıb və şirkətin kapitallaşması 1 trln. dolları ötüb.

“Bloomberg Billionaires Index”inə görə, hazırda dünyanın ən zəngin adamı hesab edilən “Tesla”nın rəhbərinin sərvəti özünün ən yaxın izləyicisi “Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun sərvətini 96 mlrd. dollar üstələyir. İlk üçlüyü isə 163 mlrd. dollarlıq sərvətlə Fransanın LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun baş meneceri Bernar Arno tamamlayır.

 66 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova