- Pritça

ÜÇ GÜNAH

-Üç günah var, – dedi müdrik adam.
Hamı yerində dondu.
-Birinci günah paxıllıqdı. Əgər qonşunun inəyi ölübsə, sevinmək lazım deyil. Demirəm ki, ona nəsə kömək edin. Heç olmasa onun bədbəxtliyinə sevinməyin. Qonşularınız da adamdır. Onlara pis gün arzu etməyin.
Kütlə razılıq bildirdi. Müdrik adam davam etdi:
– İkinci günah ruhdan düşməkdir. Sizin əgər bircə inəyiniz varsa, o da qoca və xəstədirsə, az süd verirsə, üzülməyin. Sevinin, qoca və xəstə də olsa, sizin inəyiniz var. Başqalarının heç o da yoxdur.
Kütlə razılıq bildirdi. Bu vaxt biri dedi:
— Əgər inəyim olduğuna sevinir və düşünürəmsə ki, kiminsə heç inəyi də yoxdu, bu, pisniyyətlik, paxıllıq deyilmi?
Kütlə susdu. Müdrik davam elədi::
-Üçüncü günah deyingənlik, çürükçülükdü.