Çinin Şandon əyalətində inşa edilən dünyanın ən böyük körpüsü 2011-ci il iyunun 30-da rəsmi olaraq açılıb. Çindao Boğaz Körpüsü adlanan dünyanın su üzərinə qurulmuş ən böyük körpüsü Huandao, Jiaocou və Çindao şəhərlərini birləşdirir. İnşasına 2006-cı ildə başlanan 43 kilometr uzunluğundakı nəhəng körpü 4 ilə tikilib və 8.5 milyard dollar başa gəlib. On minlərlə işçinin çalışdığı inşaatda 450 min ton polad istifadə edilib.
Eni 35 metr olan körpünün 100 illik istifadə müddəti var, 8 bal gücündə zəlzələyə, tayfuna və 300 min tonluq ağırlığa qarşı dayanıqlıdır.
portal.azertag.az