- Dil, Köşə

Fizzə HEYDƏROVA. Əgər soyadınız Dəmirçi və ya Dəmirçizadədirsə…

Latın mənşəli familiya (soyad) sözü Roma imperiyasında bir ağaya  məxsus qulların məcmusu anlamını verirdi. Sonradan ağaların ailəsi və onların qullarından ibarət bir cəmiyyətə deyilib. Daha sonra isə ailə başçısı, onun qan qohumları, eləcə də qan qohumluğu olmayanlardan (gəlinlər, kürəkənlər) ibarət toplum eyni soyad daşımağa başlayıb.

Son əsrlərdən etibarən soyad sistemi dünyada geniş yayılmağa başlayıb, məcburi xarakter alıb. Deyəsən, dünyada soyadsız yeganə xalq islandiyalılardır. Onlar soyad əvəzinə ata adından istifadə edir.

Keçək digər ölkələrə və onlarda ən populyar soyad və adlara.
ABŞ
-da ən populyar soyad Smitdir. 2 milyondan çox amerikalı bu soyadı daşıyır. Conson reytinqdə ikinci yerdə gəlir. Ən populyar Amerika adları isə CeymsEmmadır.

Rusların əksəriyyətinin soyadı İvanovdur, eləmi? Belə ir qənaət var. Amma, xeyr, yanılırsınız, Smirnovlar öndədir, İvanovlar indi ikincidir. Rusiyada ən populyar kişi adı Aleksandr, qızlar arasında ən çox yayılmış ad Anastasiyadır.

Dünyada Li Çin soyadı məşhurdur. 100 milyondan çox insan bu soyadı daşıyır. Çinin özündə isə Vonqlar (93 milyon nəfər) liderdir. Bu ölkədə oğlanlar arasında Vei, qızlar arasında Fanq ən populyarlardandır.

Gələk Almaniyaya. Bu ölkədə Müller soyadı liderdir. Ən populyar adlar Ben Emmadır.

Uzaq və sirli Yaponiyada insanların əksəriyyəti Suzuki soyadını daşıyır. Sato bir qədər az yayılıb. Məlum olduğu ki, yaponlar hələ də romantikdirlər: məşhur soyadların əksəriyyəti təbiət mənzərələrinin adlarıdır: “kiçik meşə”,  “düyü tarlası” və s. Son məlumata görə, hazırda ən dəbdə olan adlar Minato Sakuradır.

SilvaSantos Braziliyada ən populyar soyadlardır. Adların və soyadların əksəriyyətinin Portuqaliya kökləri var və bu, təəccüblü deyil, çünki Portuqaliya Braziliyanı təxminən 300 il idarə edib. Silva tərcümədə ölkənin əhəmiyyətli bir hissəsini tutan tropik meşə deməkdir. Valideynlər övladlarını daha çox MigelAlisiya adlandırır. Braziliyalılar mürəkkəb adlara pərəstiş edirlər. Maria EduardaJoao Migel sevimli adlar sıralamasında şərəfli yer tuturlar.

DlaminiNtuli Cənubi Afrikada tipik soyadlardır. Keyptaun, Yohannesburq və onların ətrafının sakinlərinin əksəriyyəti Juniorİmanati adına üstünlük verir. Cənubi Afrikada danışılan dillərdən biri də Ndbele dilidir və İmanati adı bu dildə uşağı bəlalardan qorumaq üçün Allaha dua deməkdir. Cənubi Afrikadan olan analar və atalar körpələrinə gözəl və əhəmiyyətli adlar verməyi sevirlər: Bless (mübarək), Gift (hədiyyə), Preşes (daş-qaş), Prinses (şahzadə).

Hindistan dediyimiz ölkəyə yerli əhali Baharat deyir. Çoxları güman edə bilər ki, Kumar Hindistanda ən məşhur soyaddır. Lakin elə deyil. Bu ölkədə DeviSinqh soyadları daha geniş yayılıb. Kinolarda görmüş olarsınız, hindlilər çox döyüşkəndir. Yeri gəlmişkən, Sinqh şir, Xan hökmdar deməkdir, Devi – ilahə Devinin adıdır. Qadınlar arasında Adiya, kişilərdə isə Arav adı geniş yayılıb.

İsveçlilər 20-ci əsrin əvvəllərinə qədər islandlar kimi atalarının adı ilə kifayətlənirdilər. Amma sonra dövlət vətəndaşları soyad daşımağa məcbur edib. Beləliklə, AnderssonYohansson bu Skandinaviya ölkəsində ən çox yayılmış soyaddır. İsveçlilərin adları ciddi şəkildə tənzimlənir, hətta bununla bağlı qanun da var və uşağa istədiyiniz kimi ad qoymaq mümkün deyil. Adlar siyahısında birinci yerdə KarlMariya qərarlaşıb.

İtaliyanların çoxu Rossi və ya Russo soyadını daşıyırlar. Bu soyadlar kürən sözündən götürülüb. FrançeskoSofiya adları daha çox yayılıb.

Nquyen Vyetnamda ən məşhur soyaddır. Bu ölkənin əhalisinin ən azı 40%-i eyni soyada malikdir. Bu isə onunla nəticələnir ki, məsələn, auditoriyada bəzən tələbələrin yarısı və ya əksəriyyəti eyni soyadda olur. Siyahımızda 2-ci yerdə Çan soyadıdır. HoDuk ən çox yayılmış adlardır.

Yeri gəlmişkən, əgər soyadınız Dəmirçi və ya Dəmirçizadədirsə, Kuznetsov, Smit, Şmidt, Kovalski ilə soyaddaş, adınız Yusifdirsə, İosif, Jozef, Osip, Cüzeppe ilə adaşsınız…

Yazı İnternet materialları əsasında hazırlanıb.