- Dil

Özbəkistan Prezidenti özbək əlifbasının dəyişdirilməsi haqqında qanunu imzalayıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev latın qrafikasına əsaslanan özbək əlifbasının təkmilləşdirilməsi haqqında qanunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva bu barədə oktyabrın 21-də “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, mövcud sənədlər, milli valyuta və qiymətli kağızlar qüvvədə qalacaq. “Nuz.uz” xəbər verir ki, dərsliklər, işarələr və markerlər xidmət müddəti bitdikcə tədricən dəyişdiriləcək.

Səidə Mirziyoyeva qeyd edib ki, o, əlifbanın yenidən işlənməsi təşəbbüsünü 2023-cü ilin dekabrında irəli sürüb. Administrasiya rəhbəri dəyişikliklərin yazılı dilin çatışmazlıqlarını aradan qaldırmağa və özbək dilinin rəqəmsal məkanda mövqeyini gücləndirməyə kömək edəcəyinə inanır.

Qanuna görə, latın qrafikasına əsaslanan özbək əlifbası artıq 26 hərf və üç hərf kombinasiyası əvəzinə 28 hərf və apostrofdan ibarətdir.