“Yarasa adam vs Superman” və “Ədalət liqası” filmlərində Yarasa adam obrazını canlandıran 49 yaşlı Ben Afflek noyabrda premyerası olacaq “Fləş” filmindən sonra Batmanla vidalaşacaq.
AZƏRTAC vanguardia.com saytına istinadla xəbər verir ki, aktyor bu barədə “Herald Sun” qəzetinə verdiyi müsahibəsində deyib.
“Ola bilsin “Yarasa adam” filmində mənim ən çox sevdiyim səhnələr “Fləş”də təkrarlansın. Amma mən həqiqətən də Yarasa adamdan qazandığım təcrübəyə son qoyacağam”, – deyə aktyor bildirib.
Söhbət zamanı Yarasa adamın yanında Pişik qadının dayandığı şəkil üzə çıxıb. Film martın 4-də böyük ekranlarda nümayiş olunacaq. Pişik qadın Yarasa adamın mübarizə apardığı mənfi qəhrəmanlardan biri olsa da, onlar arasında hər zaman sevgi münasibəti olub. Bu yeni filmdə Yarasa adam obrazını Robert Pattinson canlandıracaq, Zoi Kravits Pişik qadını, Kollin Farrell isə Pinqvini oynayacaq. Bu o deməkdir ki, biz bu il Yarasa adamı iki dəfə ekranlarda görəcəyik. Birində Pattinson debüt edəcək o birində isə Afflek tamaşaçılarla vidalaşacaq.