Azərbaycan Dövlət Tərcümə Mərkəzi xarici dil kursları təşkil edir.
AZƏRTAC xəbər verir ki, kurslar ingilis, fransız, alman, ispan, rus, çex, türk, fars, ərəb və gürcü dillərini əhatə edəcək.
Qeyd edək ki, ünsiyyət dili ingilis dili olmaqla, xarici ölkələrin Azərbaycandakı səfirliklərində, həmçinin ölkədə fəaliyyət göstərən qurum və şirkətlərdə çalışan xarici ölkə vətəndaşları da Azərbaycan dilini öyrənmək üçün mərkəzin imkanlarından yararlana bilərlər.
Kursu başa vuranlar Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatı ilə təmin ediləcəklər.