“Qışqırıq”( Scream) filmi 4 həftə ərzində ABŞ satış kassalarında ilk sırada olan “Hörümçək adam: Geriyə yol yoxdur” filmini taxtdan salıb.
AZƏRTAC xəbər verir ki, 11 il aradan sonra təqdim olunan klassik qorxu franşizasının beşinci filmi “Qışqırıq” 30,6 milyon dollarlıq gəlirlə ABŞ kassasında ilk sıraya yüksəlib.
Dörd həftə ərzində ən yüksək pillədə qərarlaşan “Hörümçək adam: Geriyə yol yoxdur” filmi ABŞ prokatında ikinci yerə geriləyib.
Qeyd edək ki, filmin rejissorları Tayler Cillett və Met Bettinellidi. Ekran əsəri bir sıra dəhşətli cinayətləri kimin törətdiyini öyrənmək üçün doğma şəhərinə qayıdan bir qadının hekayəsindən bəhs edir.