“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi uşaq mahnılarının hazırlanması məqsədilə ictimai rəyin öyrənilməsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sorğu müxtəlif cəmiyyət üzvləri, o cümlədən valideynlər, təhsil və mədəniyyət işçiləri, psixoloq, sosioloq və uşaqlarla iş sahəsində çalışan digər vətəndaşları əhatə edəcək. Məqsəd ölkədə uşaq mahnıları ilə bağlı mövcud vəziyyəti araşdırmaq, valideynlərin və uşaqlarla ilə iş sahəsində çalışanların uşaq mahnılarının onların inkişafına təsirləri haqqında biliklərini, uşaq mahnılarına çıxışlarının təmin olunması vəziyyətini və digər bu kimi spesifik problemləri və onların həll yollarını müəyyən etməkdən ibarətdir.
İctimai birlik vətəndaşları sorğuda iştirak etməyə dəvət edir və prosesə qoşulanlara öncədən minnətdarlığını bildirir.
Sorğuda iştirak etmək üçün bu keçiddən istifadə edə bilərsiniz: https://bit.ly/UsaqMahnilari