- Mədəniyyət

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunacaq

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə keçiriləcək tədbir faciənin 32-ci ildönümü münasibətilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində reallaşacaq.

Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərin yer aldığı bədii kompozisiya ilə davam edəcək.

Kompozisiya Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə təqdim olunacaq.