YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının bu ay üçün sonuncu ustad dərsi yanvarın 29-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Xəyallar şəhəri” mövzusuna həsr olunacaq ustad dərsi Azərbaycan Rəngkarlıq Muzeyində Günel Ravilovanın iştirakı ilə reallaşacaq.
Xatırladaq ki, qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 20:00-dək aparılır.