- Mədəniyyət

“Yuğ” teatrı repertuarda dəyişiklik edib

Sənətçilərin səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında dəyişiklik olub.

AZƏRTAC xəbər verir ki, teatrın repertuarında maraqlı tamaşalardan sayılan “Təklif” tamaşası yanvarın 23-29-da, “Kloun Z” tamaşası isə 30-da nümayiş ediləcək.

Tamaşalar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2-ci mərtəbəsində yerləşən səhnədə göstəriləcək.

Biletləri Kukla Teatrının kassasından əldə etmək olar.