- Mədəniyyət

“Qızıl toy” komediyası nümayiş ediləcək

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımi olan “Qızıl toy” musiqili komediyası nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, rejissor Yusif Əkbərovun quruluş verdiyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayevadır.

Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır.

Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.

Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.