- Mədəniyyət

“The White Lotus” filminin ikinci sezonu Siciliyada çəkiləcək

Amerikalı rejissor Mayk Vaytın səhnələşdirdiyi “The White Lotus” filminin maraqla gözlənilən ikinci sezonu İtaliyanın Siciliya adasında çəkiləcək.

AZƏRTAC xəbər verir ki, “HBO” telekanalı serialın ikinci sezonunun İtaliyada keçiriləcəyi ilə bağlı əvvəlki xəbərləri rəsmi olaraq təsdiqləyib.

Komediya, dram və macəra janrlarında çəkilən filmin baş rollarını tanınmış sənətkarlar Murray Bartlett ,Connie Britton , Jennifer Coolidge və Alexandra Daddario calandırırlar.

“The White Lotus” tropik bölgədə yerləşən otelə gələn qonaqların həyatına diqqət yetirir. Filmdə qonaqlar bir həftə oteldə dincəlir və tətil edirlər. Hər keçən gün otelə gələn səyahətçilər və otelin işçiləri qaranlıq və mürəkkəb hadisələrlə üzləşir.