Tanınmış rus şairi Aleksandr Puşkinin 1833-cü ildə nəşr olunan birinci “Yevgeni Onegin” romanı bir milyon rubla satılıb. Bu barədə “MIR 24” “Litfond” hərrac evinə istinadən xəbər verir.
AZƏRTAC xəbər verir ki, kitab 1833-cü ilin martında 2000 və ya 2400 nüsxə ilə (dəqiq sayı məlum deyil) çap olunub. Aleksandr Smirdinin kitab mağazasında 12 rubla satılırdı. Bu gün kitabın yaxşı vəziyyətdə qalan nüsxələri demək olar ki, tapılmır.
Vladimir Mayakovskinin litoqrafiya ilə işlənmiş 1913-cü ilin “Mən!” əsəri də hərraca çıxarılıb. Lotun ilkin qiyməti 500 min rubl təyin olunsa da kitab 700 minə satılıb. 1837-ci ildə kağız üzərində yazılmış Mixail Lermontovun “Şeytan” poemasının ilkin əlyazması 250 min rubla dəyərləndirilib. Anna Axmatovanın 1963-cü ildə İosif Brodskiyə yazdığı məktub isə 190 min rubla satılıb.