Ukraynanın Çerniqov şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 10 nəfər həlak olub.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
“2022-ci il martın 14-də işğalçılar Çerniqov şəhərinin yaşayış binalarını və infrastrukturunu növbəti dəfə atəşə tutub. İlkin məlumata görə, atışma nəticəsində 10 nəfər həlak olub”, – xəbərdə deyilir.