İngiltərənin paytaxtı Londonda Novruz bayramı təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Britaniya-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Salhat Abbasova, Lordlar Palatasının üzvü Lord David Evans, Londonun Enfield bölgəsinin meri Sabri Özaydın, tanınmış dizayner Zeynep Kartal, Hakney bələdiyyə rəsmisi Can Ozşen və diaspora üzvləri iştirak ediblər.