- Dil, Manşet

Təbrizdə milli fəallar əski yer adlarının bərpasını tələb edir

Təbrizli milli fəallar mayın 12-də kənd və yer adlarının farscaya çevrilməsinə etiraz olaraq təhrif olunmuş yer adlarını göstərən lövhələrin üzərində Azərbaycan dilində olan qədim yer adlarını yazıblar.

Fəallar “Aşağı Gumana” və “Yuxarı Gumana” kənd adlarının təhrif edilərək “Komanec-i Sofla” və “Komanec-i Olya” yazılan lövhələrin üzərində hər iki kəndin qədim Azərbaycan adlarını qeyd ediblər.

Qeyd edək ki, son illər Azərbaycan dilində olan qədim yer adlarının dəyişdirilməsi və təhrif edilməsinə qarşı etirazlar çoxalıb.

Milli-mədəni fəallar müxtəlif aksiyalarlar Pəhləvilər dövründən başlayan və hazırkı rejim dövründə davam etdirilən farslaşdırma siyasətinə qarşı etirazlarını bildirirlər.

Bir müddət bundan öncə fəallar Xiyav və Germi bölgələrində oxşar aksiya həyata keçirib və Azərbaycan dilində olan qədim yer adlarının bərpasını istəmişdilər.
günaz.rv