Yaponiya və Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində yubiley konserti keçirilib.
APA xəbər verir ki, Yaponiya səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Yaponiyanın məşhur piano ifaçısı Nakamura Tempei konsertdə Yaponiyanı və dünyadakı aktual məsələləri əks etdirən unikal musiqi parçaları ilə çıxış edib.