- Cəmiyyət

Azərbaycan yığması Avropa çempionu oldu

Sərbəst güləş üzrə milli yığmamız Buxarestdə keçirilən U-23 Avropa çempionatında birinci yeri tutub.

Modern.az xəbər verir ki, ölkəmiz ötən ilki qitə birincisi titulunu qoruyub.

3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komandası 140 xalla qitənin ən güclü komandası olub. Qardaş Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yerdə qərarlaşıb.

Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.