- Cəmiyyət

AVRO-2024: İsveçrədən darmadağın, Türkiyə Ermənistana qalib gəlib

AVRO-2024-ün seçmə mərhələsində I turun növbəti matçları oynanılıb.

“Report”un məlumatına görə, iki qrupda ümumilikdə üç qarşılaşma baş tutub.

D qrupunda Türkiyə yığması səfərdə Ermənistan üzərində əzmkar qələbə qazanıb – 2:1. Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. “Ay-ulduzlular”ın müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub. 35-ci dəqiqədə Orkun Kökçü uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa edib. Türkiyə yığmasının qələbə qolunu isə 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.

I qrupunda İsveçrə səfərdə Belarusu darmadağın edib – 5:0. İsrail isə evdə Kosovo ilə 1:1 hesablı sülhə razılaşıb.

AVRO-2024, seçmə mərhələ

I tur

A qrupu

18:00. Şotlandiya – Kipr – 3:0
Qollar: 
Con Makginn, 21. Skott Maktominey, 87; 90+3
Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5

23:45. İspaniya – Norveç

D qrupu

21:00. Ermənistan – Türkiyə – 1:2
Qollar:
 Ozan Kabak, 10 (avtoqol) – Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64

23:45. Xorvatiya – Uels

I qrupu

21:00. Belarus – İsveçrə – 0:5
Qollar: 
Renato Şteffen, 4; 17; 29 (penalti). Qranit Caka, 62. Zeki Amduni, 65

21:00. İsrail – Kosovo – 1:1
Qollar:
 Don Perets, 56 – Eli Dasa, 36 (avtoqol)

23:45. Andorra – Rumıniya

Qeyd edək ki, bu gün daha 3 qarşılaşma baş tutacaq.

19:57

AVRO-2024-ün seçmə mərhələsində I turun növbəti oyunu keçirilib.

“Report”un məlumatına görə, A qrupunda Şotlandiya millisi Kipr yığmasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 21-ci dəqiqədə Con Makginn, 87-ci və 90+3-cü dəqiqələrdə isə Skott Maktominey vurublar.

Oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə qonaqlardan Nikolas Yoannu ikinci sarı vərəqə ilə meydandan qovulub.

Şotlandiya seçməsi bu nəticədən sonra 3 xalla hələlik ilk pilləyə yüksəlib. Xalı olmayan Kipr isə sonuncudur.

Qrupun digər matçında İspaniya millisi evdə Norveçlə qarşılaşacaq.

AVRO-2024, seçmə mərhələ
I tur
A qrupu

18:00. Şotlandiya – Kipr – 3:0
Qollar: 
Con Makginn, 21. Skott Maktominey, 87; 90+3
Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5

Qeyd edək ki, bu gün daha 6 qarşılaşma baş tutacaq.