- Cəmiyyət, Manşet

Fazil Mustafanın həyati təhlükəsi yoxdur

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

“Report”un əldə etdiyi məlumata görə, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, deputatın həyati təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.

22:28

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.