- Cəmiyyət

Ağ Ev amerikalıları, o cümlədən jurnalistləri Rusiyanı tərk etməyə çağırıb

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bütün amerikalıları, o cümlədən jurnalistləri Rusiyanı tərk etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Onun sözlərinə görə, bütün ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, səfərlərinin məqsədindən asılı olmayaraq, Rusiya ərazisini tərk etməlidirlər.

“Əgər siz Rusiyadasınızsa – iş və ya istirahət üçün, səfərin məqsədindən asılı olmayaraq – indi tərk etməlisiniz”.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiyadakı bütün Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.